Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HARDASAN?

Beş gün, on gün, ömür bitər beləcə...
Ay qubarım, intizarım, hardasan?
Xatirələr solar, itər beləcə...
Ey gizlinim, ashikarım, hardasan?

Bahar gəldi, mənim üzüm gülmədi,
Kimsə qüssə-kədərimi bilmədi.
Hamı gəldi, gözlədiyim gəlmədi...
Içimdəki ahu-zarım, hardasan?

Bilirsənmi, gizli sevda yamandı...
Bizi belə ayrı salan - zamandı.
Gəl eyləmə, mənə zülüm, amandı!
Əsib keçən ruzigarım, hardasan?

Yanımdaydın, mən bilmədim qədrini,
Anlamadım, ucuz tutdum xətrini...
Axtarıram dağda-dashda ətrini...
Zirvələrdə qalan qarım, hardasan?

Demirəm ki, mənim kimi darda qal,
Getmə gülüm, getmə canım, burda qal!
Qış gəlibdir həyatıma dalbadal!
Günəş nurlu xosh baharım, hardasan?


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 155 Bölmə: Sevgi şerləri
loading...