Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heyat Qeribedir?

Elə dayanırsan , elə baxırsan ,
Elə bil qarşında quru bir daşam .
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam .
*****
Səni dostlarımla , tanışlarımla ,
Mən tanış edərdim nə vaxtsa bir-bir .
İndi özgələri yad ehtiramla ,
Deyirlər tanış ol ....
Nə qəribədir ?!
*****
Yuxuda görərdin nə vaxtsa hər dəm ,
Yolumu gözlərdin yollardan uzaq .
Mən sənin yuxundan çıxıb gəlmişəm ,
Bu da bir yuxudur , gəl tanış olaq .
*****
Qoluna girərdim ... bu , yadındadır ,
gedərdik ... yolumuz , arzumuz şərik .
Qolum qollarının lap yanındadır ,
toxunsa biz indi üzr istəyirik .
*****
Hayanda oldumsa səhər , ya axşam ,
Aradın sən məni , gördün sən məni .
İndi gözlərinin qabağındayam ,
Hayanda durum ki ,
Görəsən məni ?


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 53 Bölmə: Sevgi şerləri
loading...