Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seni Itirdi

Sevgi yoxa çıxsa,məhəbbət bitsə
Sənin sevdiyin kəs səni tərk etsə,
səssizcə,sakitcə yığışıb getsə,
demə ki,kədəri qəmi bitirdi,
o səni atmadı,səni itirdi.
Tanrı qol çəkibsə yazılan hökmə,
dalıb xəyallara göz yaşı tökmə,
qəm toru toxuyub özünü bükmə,
de ki,ayrılıqdır özün yetirdi.
o səni atmadı,səni itirdi.
O səndən qaçmadı,özündən qaçdı,
sənin sevgi dolu gözündən qaçdı,
Bəlkə də”sevirəm”sözündən qaçdı.
Sonra peşman olub,köksün ötürdü,
o,səni atmadı,səni itirdi.
Keçib gedən xatirəni oyatma,
qaysaq olan yaraları qanatma,
gedən getsin,qaytarmağa can atma,
bil ki,öz ömrünə qarı gətirdi,
o səni atmadı.səni itirdi.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 61 Bölmə: Sevgi şerləri
loading...