Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Portağal salatı

Tərkibi:

3-4 portağal
300 q toyuq filesi
200 q xiyar
duz
mayonez


Fileni bişirin (qaynara düşəndən sonra 20 dəqiqə qaynadın). Soyudun. Xırda doğrayın.
Portağalları yuyun. Bıçaqla portağalları orta xəttilə ziqzaq formasında kəsib ikiyə bölün. İçini çıxarın. Plyonkasını təmizləyib xırda doğrayın. Ancaq salata bu lətin az hissəsini vurun.
Xiyarı kubik doğrayın. Toyuq əti, portağal ləti və xiyarı qarışdırın. Zövqə görə duz və mayonez vurub qarışdırın. Portağal qabıqlarının içinə doldurun. Üstünü hansısa giləmeyvə ilə bizəyə bilərsiniz.


Tarix: 18.12.2012 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 236 Bölmə: Salat və qəlyanaltılar
loading...