Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Salat baxçası
Salat baxçası

MATERİAL SİYAHISI:

1 kq kartof
1 kasa kornişon turşu
4 pörtmüş yerkökü
1 köz istiot
1 qırmızı istiot
1 kasa qarğıdalı
1 dəstə cəfəri
1 dəstə şüyüd
1 kasa çuğundur turşusu
2 yumurta
1 limon
Zeytun yağı
Duz
İstiot

İÇİ:

Kartofları qaynadırıq, soyuruq və qarışdırma qabına rəndələyirik. Zeytun yağı və duz tökürük. Limon suyu sıxırıq . Yerkökü, kornişon turşu, cəfəri, şüyüd və çuğundur turşusundan bir az üstü üçün ayırıb qalanını doğrayırıq və kartofun üzərinə qoyuruq. Yumurta ağlarını üzəri üçün ayırıb, sarılarını içinə qarışdırırıq. Köz istiotu doğrayıb əlavə edirik. Hamısını qarışdırırıq.

Tort çevrəni boşqaba qoyuruq. İçinə salat qarışığını qoyub üzərinə basırıq. Təmiz bir kartondan 8 üçbucaq hissə yaradacaq bir aparat hazırlayırıq. Salatının üzərinə bu kartonu yerləşdiririk. Qırmızı bibəri nazik nazik doğrayırıq və ilk üçbucağa qoyuruq. Digər üçbucaqlara də qarğıdalı kornişon turşu, çuğundur turşusu, cəfəri, kök, yumurta ağı və kaşar pendirini ayrı-ayrı qoyuruq. Son olaraq çevrəsindən və qutusundan ayıraraq xidmət edirik.


Tarix: 22.04.2015 / 18:54 Müəllif: Nurana Baxılıb: 128 Bölmə: Salat tarifleri
loading...