Həkimlər isti yay günlərində çimərlik və hovuzlarda sərinləyərkən qıcolmalara qarşı diqqətli olmağı xəbərdarlıq edirlər.
Qıcolmalar əsasən dənizdə və ya hovuzda tutarsa olduqca təhlükəli ola bilərlər çünki qıcolma zamanı əzələlər az qala kilitlənir və insan tərpənə bilmir ki, bu da boğulmalarla nəticələnə bilər.
Qıcolmalara bir çox qida məhsulları o cümlədən əsasən duz səbəb ola bilər lakin bununla yanaşı istifadə etdiyimiz bəzi dərmanlar da qıcolmalara yol açır. Qıcolmalar hər yaşda insanda ola bilər. Qıcolmanın əsas səbəbi orqanizmdə kalsium, maqnezium kimi mineral çatışmamazlıqları və ya həddən artıq ağır idman hərəkətləridir.
Həkimlər suda olarkən qıcolmaya məruzqalan zaman həyəcanlanmamağı məsləhət görür çünki həyacan qıcolmanı 5 qat artırır. Eyni zamanda həkimlər içkili vəziyyətdə dənizə girməyin də həddən artıq təhlükəli olduğuğunu bildirirlər çünki spirtli içki qıcolmaları 7 qat daha artırır.
Tarix: 08.01.2015 / 15:38 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Saglamliq