Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzü üstə yatmaq seksual sağlamlığa ziyandır

İspaniyalı alimlər qarnı üstə yatmağın insan orqanizminə zərərini üzə çıxarıb.

Yerli mətbuatın yazdığına görə, alimlər qarnı üstə yatmağa üstünlük verən insanlarda daxili orqanların sıxıldığını, bunun xüsusilə sidik kisəsinə aid olduğunu bildirir: «Bu, seksual problemlərin yaranmasına aparıb çıxarır».

Onurğa sütunu ilə bağlı problemi olan insanlar üçün isə bu cür yatmaq ikiqat ziyandır: «Qadınların qarnı üstə yatması isə onların döş qəfəsində də problem yaradır. Döşlər sıxılır, nəticədə dəri dartılır və qırışlar əmələ gəlir».

Yaponiyalı alimlər də qarnı üstə yatmağın zərərini araşdırıblar. Onların sözlərinə görə, bu, sifət dərisində qırışlar yaradır, əvvəl-əvvəl bu problem hiss olunmasa da, sonradan qırışlar daha ciddi şəkildə özünü göstərir: «Bu zaman qırışların səbəbini heç kim başa düşmür».

Bir sözlə, alimlər hesab edir ki, kürəyi üstə yatmaqla həm sağlamlığı, həm də gözəlliyi qorumaq mümkündür.


Tarix: 08.01.2015 / 14:18 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Saglamliq
loading...