Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yüksək səslə pleyerə qulaq asmaq, insanı kar edir

Alimlərin araşdırmalarına əsasən, əvvəlki nəslin nümayəndələri eşitmə qabiliyyətini 60-70 yaşlarında itirirdisə, hazırda 40 yaşlı karlara daha çox rast gəlinir. Eşitmə qabiliyyətini itirmiş insanların çoxalmasında istehsalçıların da payı böyükdür.
Belə ki, tədqiqatçıların 105 desibeldən uca səsin eşitmə qabiliyyətinə patoloji təsir göstərdiyi barədə xəbərdarlıqlarına baxmayaraq, bir çox pleyerlerin səsi təcili yardım siqnalından da yüksək olub, 120 desibelə çatır.

Qeyd edək ki, bu isə uca səs eşitmə aparatına, o cümlədən səsləri alıb-çatdıran qulaqdaxili tellərə güclü mənfi təsir göstərir. Qulaqdaxili teller insan yaşa dolduqca ölür, lakin həddən artıq uca səsin daimi təsiri bu prosesi daha da tezləşdirə bilər. Alimlər xəbərdarlıq edir ki, qulaqdaxili tellərin məhv olması eşitmə qabiliyyətinin vaxtından əvvəl pisləşməsi prosesini qaçılmaz edir.


Tarix: 08.01.2015 / 14:07 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Saglamliq
loading...