Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Antibiotiklərdən müntəzəm istifadə piylənməyə səbəb ola bilər

Antibiotiklərdən sui-istifadə piylənməyə səbəb ola bilər. "New Scientist" jurnalının yazdığına görə, bu, antibiotikin həzm yolunda faydalı mikrofloranı azaltması xüsusiyyəti ilə bağlı ola bilər. Məhz bu mikroflora piylənmənin inkişafı haqqında xəbərdarlıq edə bilər.

Laboratoriyada siçanlar üzərində aparılan tədqiqatlar antibiotiklərdən istifadənin heyvanların çəkisini artırdığını üzə çıxarıb. Həmçinin məlumdur ki, antibiotiklərdən kəsilməsi planlaşdırılan heyvanları şişirtmək üçün istifadə olunur.

Nyu-York Universitetinin tədqiqatçıları qısa fasilələrlə gəmiriciləri antibiotiklər veriblər. Təcrübə heyvanlarında immun sisteminə cavabdeh olan T-limfositlərinin səviyyəsi az olub. Buda piylənməyə səbəb olub. Danimarka alimləri müəyyən ediblər ki, doğulandan sonrakı ilk altı ay ərzində antibiotik qəbul edən uşaqlar sonrakı yeddi ildə kökəlməyə daha çox meylli olurlar.

Bundan əlavə antibiotiklərin orqanizmdə müxtəlif ağırlaşmalara və gizli dəyişikliklərə də səbəb ola bilirlər. Belə ki, bəzi antibiotiklər bağırsaqda yaşayan və allergik astma ilə əlaqəli olan bakteriyalara mənfi təsir edir. Həzm yolunda trilyona yaxın bakteriya yaşayır ki, bunlarda immun sisteminin işi üçün vacib əhəmiyyət daşıyırlar.


Tarix: 08.01.2015 / 13:47 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Saglamliq
loading...