Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər şeyin başı sağlamlıqdır

İnsan ömrünü uzatmaq, daim sağlam və gümrah olmaq istəyirsə ilk öncə sağlamlıqda qidalanmadan tutmuş ruh sağlamlığına qədər hər şeyə xüsusi diqqət yetirməlidir. Arzular müxtəlif ola bilər. Lakin bu bir həqiqətdir ki, sağlamlıq olmadan həmin arzulara və xoş niyyətlərə çatmaq çətindir. Yaxşı bir həyat sürmək üçün dinclik, depessiyasız həyat sağlamlıq üçün çox önəmlidir.
Sağlam və dinc bir həyat üçün yaxşı bir səhər naharı, səhər idmanı, əla yuxu, bədən təmizliyi, stressdən uzaq qalmaq başlıca şərtlərdən hesab olunur.
Sağlamlığa dair bir sıra internet resurslarında bildirilir ki, çoxlu su içmək, səhər və günorta yeməklərini olduqca zəngin, şam yeməyini isə az yemək insan sağlamlığına əla təsir göstərir. Qidalanmada daha çox bitki mənşəli qidalar yemək uyğun görülür. Həyatınıza və sağlamlığınıza rəng qatan idman yönümlü oyunlar oynamaq daha yaxşı olar. Sağlamlıq üçün kitab oxumaq, biliklərə yiyələnmək də vacibdir. Başqa sözlə canınızın ilk növbədə özünüz həkimi olsaz yaxşı olar. Bu biliklər sayəsində təkcə özünüzə deyil, başqa insanlara, yaxınlarınıza da kömək etmiş olarsınız.
Heç olmasa gün ərzində 10 dəqiqə sakitlikdə olmaq və stressi azaldan prosedurlardan faydalanmaq da pis olmaz. Ən azı 7 saat yuxu lazımdır ki, sağlamlıq problemi olanlar tez bir zamanda səhhətlərinə nəzarət etməyə nail olsunlar. Gün ərzində 10-30 dəqiqə piyada gəzintiyə çıxmaq da sağlamlığa müsbət təsir göstərir.
Sizin üçün faydalı, sevindirici və ürək açan olmayan hər şeydən qurtulmağa çalışın. Ürəyinizin daxilində sizə hara xoşdursa orda olmaq əla nəticələr verə bilər.
Bir sözlə sağlamlığınıza xeyri olan bütün imkanlardan yararlanın. Çünkü, həyatınız təkcə sizin üçün deyil, sizi sevənlər üçün də çox önəmli hesab olunur.


Tarix: 08.01.2015 / 13:08 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Saglamliq
loading...