Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gedərkən əsla siqaret çəkməyin!

Məlumata görə bir sıra mütəxəssislər, yeriyərkən çəkilən siqaretlərin ani infarkt risklərini artırdığını açıqlayıblar.
Gediş əsnasında ürəyin oksigen ehtiyacının yüksək səviyyədə olduğunu, siqaret çəkmənin isə ürəkdə oksigen miqdarını azaltdığı deyilir.
Mütəxəssislər, bunun ürəyin qeyri-kafi işinə və infarktına səbəb ola biləcəyini ifadə ediblər.
Yeriyərkən siqaret istifadəsinin ürək və damar sistemində meydana gətirdiyi problem səbəbindən ürəyi qidalandıran tac damarlarını daraltdığı qeyd olunub.
Gedişlə birlikdə sərf edilən efor əsnasında ürəyin iş sürəti və sıxılma gücü artır. Bu sırada çəkilən siqaret, ürək üçün lazımlı olan oksigen miqdarını azaldaraq onsuz da zərərli olan siqaretin insan bədənindəki mənfi təsirini artırır. Bunun ani ürək böhranına yol açdığı bildirilir.
Siqaret çəkərkən atılan addımlar müxtəlif problemlərin yaranmasına səbəb olur.
Siqaret həmçinin həzm və ürək sisteminin işinə mənfi istiqamətdə təsir edir. "İdman edərkən və ya gediş əsnasında içilən siqaret, oksigen ehtiyacının maksimum səviyyədə olmasından ötəri risk yarada bilər. Siqaret tüstüsü ağız, dil, boğaz, yemək borusu, nəfəs boruları, ağciyər, mədə və ürəyə birbaşa çatır.
Buna görə də yerimə əsnasında siqaretin çəkilməsinin ürək və digər orqanlar üçün təhlükəli olduğu bildirilir.


Tarix: 08.01.2015 / 12:59 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Saglamliq
loading...