Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmmunitet sistemini güclü etmənin yolları

Sağlam bir həyat və orqanizm üçün güclü bir immunitet sistemi vacibdir. İmmun sistemi insan orqanizmini müxtəlif mənşəli infeksiyalardan (virus, bakteriya, mikrob, göbələk və s.) qoruyur. Daha sonra öz işini başa vuran yaxud zədələnən qocalmış hüceyrələri əvəz etməklə məşğul olur. İmmunitet sistemi zəiflədikdə onu dərhal stimullaşdırmaq lazımdır. Ağır xəstəliklər zamanı immunitet sistemi aşağı düşdükdə stimulyatorlar lazım gəlir. Bundan əlavə siqareti buraxmaq, yaşıl yarpaqlı tərəvəzlərdən istifadə, gün ərzində azı 7 saat yatmaq, idman etmək və s. işlər immuniteti gücləndirir.
Qalan vaxtlardasa sağlam həyat tərzi və vitamin qəbul etmək yetərlidir. Qısası həyat tərzinin vacib elementlərinə riayət etməklə immunitet sistemini gücləndirmək olar. Məlumata görə stress və xəstəliklərlə mübarizə, ozon müalicəsi, detox proqramları və s. işlər də immunitetə yaxşı gəlir.
Məlumata görə romantik vəziyyət, sinir sistemi və immunitet sistemi arasında əlaqə var. Həyatla əlaqədar düşüncələr immunitet və hormonal sistem üzərində əhəmiyyətli təsirə malikdir. Xoşbəxt olduqda immunitet sitemimi daha yaxşı olur. Sağlam bir immunitet sistemi üçün düzgün tərtib olunan gündəlik rejimə əməl etmək, maraqlı və şən həyat keçirmək, müsbət düşünmək və stressdən uzaq dayanmaq lazımdır. İmmunitet sisteminin güclənməsində istirahət və dinclik əhəmiyyətli hesab olunur.
Dinc və şüurlu bir həyat tərzi üçün zərərli işlərdən uzaq olmaq da olduqca vacibdir.
İmmunitet sisteminə qida çatışmazlığı, həddindən artıq şəkər istifadəsi, müxtəlif allergiyalar və s. səbəb olduğu bildirilir.
Bu baxımdan imkan daxilində xəstəliklərdən uzaq olmaq önəmlidir.


Tarix: 08.01.2015 / 12:46 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Saglamliq
loading...