Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İstirahət zamanı bunları unutmayın

İstirahət üçün vaxt ayırmayıb lazımsız işlərlə məşğul olan insanlarda ruh düşkünlüyü, yuxusuzluq, əsəb pozğunluğu və s. çatışmazlıqlar meydana çıxır.
Belə adamlar tətillərini səmərəli keçirməlidirlər ki, bütün bu fəsadlar aradan qalxsın. Rejimə əməl etməklə, düzgün qidalanmaqla, idman etməklə, stressdən uzaqlaşmaqla bu mümkündür. Kitab oxumaqla beyin daha fəal olur. Yorulan beyinin dincəlməsi üçün ən yaxşı metod bir qayda olaraq səs-küylü, səhhətə ziyan vuran yerlərdən uzaqlaşmaq və ya idmanla məşğul olmaqdır. İdman beyni sakitləşdirir, qan dövranını nizamlayır, beynin qidalanmasını rejimə salır.
Ancaq birdən-birə ağır idman növləri ilə məşğul olmaq düzgün deyil. Bədəni ağır idmanla yükləmək və buna səy göstərmək qan təzyiqinin yüksəlməsinə yol açır ki, bu da beyinə qan sızması ilə nəticələnə bilər. Bədən üçün ən asan və faydalı olan idman növü qaçışdır. Qaçışla məşğul olmaq insanın uzun ömürlü olmasına səbəb olur.
Səhər oyandıqda bəzi insanlarda stress hormonu olan kortizon yüksək səviyyədə olur. Bu baxımdan sabah vaxtı idmanla məşğul olmaq məsləhət görülür.
İsti yay aylarında günəşin altında qaçmaq və ya yürüyüş etmək təhlükəlidir. Qaçışla məşğul olan zaman təri əmən və ya xaric edən pambıq parçalardan hazırlanan xüsusi idman geyimlərindən istifadə etmək lazımdır. Qaçış zamanı diqqət edilməsi lazım olan ünsürlərdən biri idman ayaqqabılarıdır.
İdman ayaqqabıları seçərkən daban tərəfinin qalın olmasına fikir vermək lazımdır. Çünki, yaxşı qaçmaq üçün ayaqqabının qabaq tərəfi bükülməlidir və həmin elastiklik prosesdə köməkçi rolunu oynamalıdır. Tətildə təkcə beyin deyil, bədən də dincəlməlidir. Bunun üçün çoxlu üzmək və qaçmaq faydalıdır. Çünki dəniz və günəş orqanizm üçün ən yaxşı vitamindir. Üzmək orqanizm üçün vacib rol oynayır. Dəniz suyunu xüsusilə günəş şüaları ilə birlikdə qəbul etdikdə bədən bir çox xəstəliklərdən qorunmuş olur və bu, bəzi xəstəliklərin müalicəsinə də kömək edir. Ac qarına üzmə ilə məşğul olmaq olmaz. Üzməkdən 2 saat əvvəl qida qəbulu vacibdir.


Tarix: 08.01.2015 / 12:22 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Saglamliq
loading...