Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyat boyu sağlam olmağın yolları

Bildiyimiz kimi, bədən, zehin, ruh arasındakı əlaqə bilik və fəaliyyət çoxluğuna əsaslanmalıdır. Bunun üçün zərərli vərdişləri tərgitmək, düzgün həyat tərzi seçmək, savadlı və işgüzar olmaq, idmana fikir vermək yetərlidir.
Çünki, sağlam həyat sağlam düşüncədən aslıdır. Düşüncəsi sağlam olanlar həm cəmiyyətə həm də özlərinə yaxşılıq etmiş olurlar.
Başqa sözlə insanın zəkalı və işgüzar olması həyat keyfiyyətini və sağlamlığı birə beş artırır.
Mütəmadi fiziki fəaliyyətlər isə ürək döyüntüsünün və kardio-vaskulyar xəstəliklərin riskini azaldır, sümük kütləsini çoxaldır, osteoporoz xəstəliyinin qarşısını alır.
İdman zehni və bədəni birləşdirərək, stress səviyyəsini azaldır. Buda sağlam yaşamağa kömək edir. Məşqlər bilinən faydaları ilə bərabər orqanizmdə libidonun yüksək səviyyədə olmasını təmin edən hormonları da əmələ gətirir. Həmçinin fiziki formada olmağa imkan yaradır. Xüsusən yüngül idman növləri (fitness, üzmə, qaçış və s.) əzələləri işlədən və orqanizmin oksigen ehtiyacını ödəyən ritmik hərəkətlərdən ibarətdir. Beyin gimnastikası olan şahmat dama, domino kimi oyunlar isə zəka inkişafına kömək edir. Aerobika idmanı da faydalıdır. Həmin məşqlər ağlı və bədəni işlətməyə kömək edərək, fiziki harmoniyanı bərpa edir.
Bundan əlavə fərqli fiziki hazırlıq səviyyəsində olan müxtəlif yaş qruplarına aid olan insanlar üçün əlverişlidir.
Qrup idman növləri (futbol, volebol, basketbol və.s ) fiziki inkişafı təmin etməklə bədənin elastiklik qazanmasına və xəstəliklərdən uzaq olmasına kömək edir.
Güləş kimi idman növləri isə gənclərin mühərrik tutumunu inkişaf etdirməsində təsirlidir.


Tarix: 08.01.2015 / 11:18 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Saglamliq
loading...