Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əzələ ağrılarına faydalı olan vitaminlər

Bildiyimiz kimi vitaminlər daha çox yuxusuzluq sindromu olanlara, ağır idman məşqləri edənlərə, siqaret və spirtli içkiləri tərgitməyənlərə, hamiləlik zamanı doğum həblərinə üstünlük verənlərə və infeksion xəstəliklər keçirənlərə məsləhətlidir. Bütün vitaminlər isə bədənin sağlam inkişafına, həzm funksiyalarının yaxşılaşmasına, bədənin infeksiyalara qarşı immunitet qazanmasında əhəmiyyətlidir. Hava dəyişmələri ilə əlaqədar bəzi insanlarda halsızlıq yaranır. Buda özlüyündə immunitet sisteminin qismən zəifləməsinə və insanın özünü xəstə hiss etməsinə səbəb olur. Bunun müalicəsi üçün hər mövsümdə C vitamini istifadə etmək olar. C vitaminin orqaizimdə yetərli olmaması diş əti, saç və dəri problemlərinə, oynaq və əzələ ağrılarına, nəfəs darlığına, immunitet zəifəməsinə səbəb olur.

Ümumiyyətlə vitaminlər suda əriyən və yağda əriyən olaraq təsnif olunur.

Suda əriyən vitaminlərə B qrupu vitaminləri (B1 , B2 , B3 , B5 , B6 , B12) biyotin, kolin, folikasit, inositol, paraaminobenzoik turşusu və C vitamini aid edilir. Bunlar orqanizmin müqavimətini artırır, qan yaradır, əzələ ağrılarını aradan qaldırır, sinir sistemini tənzimləyir və dəri xəstəliklərini önləyir. Bundan əlavə diş əti xəstəliklərinə mane olur, enerji verir və antioksidant xüsusiyyətinə malikdir. B qrup vitaminləri daha çox taxılda, ət və balıq məhsullarında, çərəzlərdə olur. C vitamini isə sitrus bitkilərində olur.

Yağda əriyən vitaminlərə A, D, E, K vitaminləri aid edilir.

A vitamini daha çox balıq, ət, qaraciyər, süd, yumurta və pendirdə olur. Ehtiyaca uyğun istifadə edildikdə embrionun inkişafını və böyüməsini təmin edərək, hüceyrələrin çoxalmasını təmin edir. Yemək borusuna, mədəyə, bronxlara, bağırsaq və s. xəstəliklərə faydalıdır.

D vitaminin qaynağı günəşdir. Günəşdəki ultrabənövşəyi şüalar D vitaminin çıxarmasını təmin edir. Bu vitamin daha çox yumurta, balıq, pendir, göbələk və qaraciyərdə olur. Bir insanın D vitamini ehtiyacı gündəlik 5 mg olmalıdır. D vitamini sümük xəstəliklərini də önləyir.

E vitamini yağda əriyən əhəmiyyətli bir antioksidantdır, çərəzlərdən və maye yağlardan təmin edilir. Sinir sistemi, əzələlər, sidik sistemi orqanları, arteriya xəstəliklərinə qarşı təsirlidir.

K vitamini kələmdə, ispanaqda, brüssel kələmində, gül kələmində, taxıl məhsullarında, pendirdə, bitki mənşəli yağlarda olur.
Qanın laxtalanmasını dəstəkləyir, diş əti qanamalarını önləyir və sümüklər üçün faydalıdır.


Tarix: 08.01.2015 / 11:05 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Saglamliq
loading...