Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqaretin zərərləri

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən tütün epidemiyası hər il 5,4 milyon insanın həyatına son qoyur.Əgər bunun qarşısı alınmazsa,2030-cu ilə qədər tütünçəkmə ildə 10 milyon insanı öldürə bilər.
Siqaret dərinin sürətlə qocalmasına səbəb olur.Mütəxəssisin sözlərinə görə,dərinin yaşlanması iki faktorla-genetik və ətraf mühitlə bağlıdır:"Genetik yaşlanma fizioloji proses olduğu üçün buna qarşı hər hansı tədbir görmək mümkün deyil.Bizim üzərində işlədiyimiz əsas məsələ ətraf mühitin təsiri faktorudur.Bura pis qidalanma,toz-torpaq təsirindən başqa siqaret çəkmək də daxildir.Siqaret dərini ən tez yaşlandıran əlavə faktordur."
XƏSTƏLƏNDİRİR:
ASILILIQ-Nikotin maddəsinin asılılıq yaratma xüsusiyyəti heroininkinə bənzəyir.
KÜRƏK VƏ BEL AĞRILARI-Siqaret çəkmək bel xəstəliklərinin müalicəsinə mane olan amillərdəndir.Eyni zamanda,xəstəliyi olmayan insanlarda da kürək və bel ağrılarına səbəb ola bilər.Buna siqaret çəkən insanlarda bədənin onurğa disklərinə çox az miqdarda oksigen ötürməsi səbəb olur.
PROSTAT XƏRÇƏNGİ-Bütün prostat xərçəngi növlərinin 40%nin səbəbi siqaret çəkməkdir.
SÜD VƏZİ XƏRÇƏNGİ-Siqaret çəkən qadınlar çəkməyənlərə nisbətən 75% daha çox süd vəzi xərçənginə tutulma riski daşıyırlar.
UŞAQLIQ BOYNU XƏRÇƏNGİ-Siqaret çəkən qadınlar çəkməyənlərə nisbətən 4 dəfə daha çox bu xəstəliyə tutulma riski daşıyırlar.
UŞAQLARDA TƏNƏFFÜS PROBLEMLƏRİ-Anası və ya atası siqaret çəkən uşaqlar 6 qat daha artıq tənəffüs yolları xəstəliklərə tutula bilər.
ŞƏKƏR XƏSTƏLİYİ-Siqaret çəkmək zaman keçdikcə orqanizmin insulin yaratma qabiliyyətini yox edir.Bu da şəkər xəstəliyinə səbəb olur.
DƏRMANLA QARŞI İMMUNİTET-Siqaret çəkənlər bir dərmanın onlara təsir etməsi üçün daha böyük dozada qəbul etmək məcburiyyətində qala bilərlər.
QULAQ İNFEKSİYALARI-Siqaret çəkənlərin övladları oititis xəstəliyinə tutula bilərlər.
EMVİZEM-Bu xəstəliyin səbəb olduğu ölümlərin 85%i siqaret üzündən olur.
BOĞAZ XƏRÇƏNGİ-Bu xəstəliyə də 80% hallarda siqaret səbəb olur.
MƏDƏ XƏRÇƏNGİ-Siqaret çəkənlər çəkməyənlərdən 2 qat daha çox mədə və ya bağırsaq xərçənginə tutulurlar.
ÜRƏK XƏSTƏLİKLƏRİ-Siqaret çəkənlər çəkməyənlərdən 4 qat daha çox ürək xəstəsi olurlar.
SONSUZLUQ-cütlüklərdən sadəcə birinin siqaret çəkməsi uşaq olması riskini 3qat artırır.
QANQREN-ağciyər zəiflədiyi üçün orqanizmə çox az oksigen yayılır.Orqanizm bu az miqdarda oksigeni bütün orqanlara paylaşdırmaq məcburiyyətində qalır.Ona görə də ürəyə ən uzaq olan barmaq uclarındakı hüceyrələr zəncirvari qaydada ölməyə başlayır.nəticədə qollar və ayaqlar da kəsilə bilər.
QARACİYƏR XƏRÇƏNGİ-gündə 25 ədəd siqaret çəkənlər 30qat daha artıq bu xəstəliyə tutula bilərlər.Erkən doğuş və ya uşağın çəkisinin az olması-gündə 5ədəd siqaret çəkən hamilə qadının uşağının yarımçıq.çox kiçik və qürurlu doğulması riski çox böyükdür.
AĞIZ KANSERİ-bu xəstəliyə yalnız siqaret səbəb olur.
KLİMAKS-siqaret çəkən qadınlar 5-10 il daha tez klimaks keçirirlər.Bu da sümüklərin vaxtından tez incələşməsinə və əriməsinə səbəb olur.
QİDA BORUSU XƏRÇƏNGİ-bu xəstəlikdən ölənlərin hamısı siqaret çəkdikləri üçün ölür.
ERKƏN QOCALMA-daim siqaret çəkmək dərini korlayır,qırışdırır,dişləri saraldır,dırnaqları zəiflədir.
ÇƏTİN SAĞALMA-siqaret çəkənlərin yaraları çox gec sağalır.Əməliyyatdan sonra yaraların sağalmaması halları da olur.
DİŞLƏRİN TÖKÜLMƏSİ-siqaret çəkmək dişlərin tökülməsinə səbəb olan amillərdəndir.
Həmçinin bax: siqaret çəkməyin zərərləri


Tarix: 10.01.2013 / 13:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 453 Bölmə: Saglamliq
loading...