Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ananas pəhrizi (2 günə 2 kq arıqlama)

Bəri başdan deyim ki, bu pəhriz sizə baha başa gələcək. Çoxlarınız bilmiş olarsınız ki, ananasda olan enzim maddəsi orqanizmdəki artıq piyləri “yandırır”. Bir gün ananas pəhrizi saxlamaq üçün 2 kiloqram ananas və ya bir litr şəkərsiz ananas nektarı içmək lazımdır. Ananası doğrayıb 3 porsiyaya bölün. Səhər yeməyi, nahar və şam, habelə gün ərzində 1 litr ananas şirəsi için. Bundan başqa heç nə yemək və içmək olmaz. Bu pəhriz sizə həddən artıq ağır gəlirsə, gün ərzində 100 qram yağsız kəsmik, 100 qram quş əti və bir az çörək yeyə bilərsiniz.

Pəhrizi həftədə 2 gün tutmaq lazımdır. 2 gün ərzində səhhətinizə ziyan vermədən 2 kiloqram arıqlayacaqsınız.


Tarix: 28.12.2012 / 13:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 298 Bölmə: Saglamliq
loading...