Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oralıyam mən
Oralıyam mən

İllərdir üzünə həsrət qaldığım,
Doğma qardaşımdan aralıyam mən.
Qoy düşmən də bilsin, qoy dost da bilsin
Hələ ölməmişəm, yaralıyam mən.

Harda alnıaçıq insan görsəniz,
Harda ürəklərdə üsyan görsəniz,
Harda məktəbdən çox zindan görsəniz.
Bilin, o yerliyəm, oralıyam mən.

Çoxdandır toy-düyün görməyib obam.
Xırmanda özgəyçün iş görür yabam.
Səttarxandır atam, Babəkdir babam,
İndi bildinizmi haralıyam mən?!


Tarix: 29.05.2015 / 12:29 Müəllif: Aziza Baxılıb: 120 Bölmə: Süleyman Rüstəm
loading...