Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gedek Biz Olmayan Yere

Gəl, əl-ələ tutub gedək,
Gedək biz olmayan yerə.
Hər dərdi unudub gedək
Dərdimiz olmayan yerə.

Burda qoyaq özümüzü,
Bu qırışan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək söz olmayan yerə.

Bir kimsə tutmasın xəbər
Gəl, çıxıb gedək birtəhər
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə.

...Atam oğlu, az çapala,
Sən deyən çətin tapıla,
Bu Ramizi kim aparar
Bu Ramiz olmayan yerə?!


Tarix: 19.11.2013 / 03:52 Müəllif: Akhundoff Baxılıb: 133 Bölmə: Ramiz Rövşən
loading...