Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramazan ayının daxil olmasını yalnız Fəcr (sübh) vaxtı çıxdıqdan sonra eşitmək.

Sual: Yatıb qalmaq və ya başqa səbəbə görə Ramazan ayının daxil olmasını yalnız Fəcrin açılmasından (sübh namazının vaxtı daxil olduqdan) sonra eşitmiş adamın orucunun hökmü nədir?

Cavab: Ramazan ayının daxil olmasını Fəcrin açılmasından (sübh namazının vaxtı daxil olduqdan) sonra eşitmiş adam həmin günü oruc tutmalıdır. Lakin həmin günün əvəzinə bir gün qəza tutmalıdır. Çünki o, Ramazan orucunu tutmaq üçün niyətini fəcrin açılmasına qədər etməli idi. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) səhih hədislərinin birində buyurulur: 'Kim Fəcrdən öncə oruc tutmağı niyət etməzsə onun orucu düzgün sayılmaz'. Bu rəyi əl-Muvaffəq İbni Qudamə (əl-Muğni) kitabında nəql etmişdir və bu rəy əksər fiqh alimlərinin rəyidir. Deyilən şərt fərz oruclara aiddir. Nafilə orucları isə, fəcrdən sonra qidalanmamaq şərti ilə, gündüz vaxtı da niyət etmək olar.


Tarix: 03.04.2013 / 23:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 175 Bölmə: Ramazan
loading...