Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orucu pozmağa niyyət edən orucunu açmış sayılırmı?

Sual 113: Orucunu pozmağa niyyət edən kəsin bu niyyəti orucu pozması üçün kifayət edirmi?

Cavab: Bəli, bu etibarlı və yetərlidir. Çünki oruc iki faktdan ibarətdir. Niyyət və orucu pozan şeylərin hamısını tərk etmək. Orucu pozmağa niyyət etdiyi zaman birinci fakt pozulmuş olur ki, bu ibadətə dayaq verən ən böyük şeydir. Əməllərin hamısı ancaq onunla-niyyətlə var olur və bir məna ifadə edir.
“Orucunu pozmuş sayılır”ifadəsinin mənası budur ki, bir şey yeyərək və içərək orucunu açan kimi olmasa belə artıq onun orucu yox hökmündədir. Beləliklə, onlar məqsədlərini bu formada açıqladılar.
Bu səbəbdən də nafilə oruc tutarkən bir kəs orucunu pozmağa niyyət edib sonra heç bir şey yemədən və içmədən oruca-təkrar-niyyət etsə, bu caizdir. Ancaq onun əcri və orucundan əldə edəcəyi savabı sadəcə niyyət etdiyi andan etibarən başlayır. Fərz orucu tutarkən kim bunu pozmağa niyyət edərsə, orucu pozan bir şey etmədən əvvəl niyyətini geri qaytarsa belə o günün orucu artıq etibarsız sayılır. Çünki nafilədən fərqli olaraq fərzin şərti budur ki, niyyət fəcrin doğmasından günəşin batmasına kimi bütün günü əhatə etməlidir.
Burada diqqət yetiriləsi gözəl bir fayda var:
İbadət niyyətinin kəsilməsi iki formada olur:
Bunlardan birində niyyətin kəsilməsi ibadətə heç bir zərər vermir. Bu, ibadətin tamamlanmasından sonrakı haldır. Məsələn, bir nəfər namazı qurtardıqdan, oruc tutduqdan, zəkat verdikdən, həcc etdikdən sonra niyyətini geri qaytarsa bunun o ibadətə heç bir zərəri olmur. Çünki o ibadət həyata keçmiş və yerini tapmışdır. Buna bənzər bir misal dəstəmaz pozulduqda və ya cunub olduqda bunlardan paklandıqdan sonra dəstəmaz və ya qüslün niyyətini geri götürməyə niyyət edən kəsin halıdır. Onun bu niyyəti paklığı aradan qaldırmır.
İkincisi isə ibadətin içində ikən niyyətin kəsilməsidir. Məsələn, namazda ikən yaxud oruc tutarkən və ya təharət edərkən niyyətin kəsilməsi misalında olduğu kimi. Belə bir şəxsin ibadəti səhih sayılmır. Bu iki hal arasındakı fərq bilindikdə problem aradan qalxır.
Şeyx Abd ər-Rəhman ibn Nasir əs-Sadi, əl-Fətəvə əs-Sadiyyə, səh.227,229


Tarix: 02.04.2013 / 20:35 Müəllif: *Beyaz_Gul* Baxılıb: 219 Bölmə: Ramazan
loading...