Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BU RAMAZAN VALİDEYNLƏRİNİZİ UNUTMAYIN!

Bismilləhir-Rəhmanir-Rəhim


Həmd olsun Aləmlərin Rəbbi olan Allaha, həmd və səna yalnız Onadır. Salat və Salam olsun Onun ən sevimli qulu və göndərilənlərin ən şərəflisi Muhəmmədə (S.A.S), eləcə də onun ailəsinə, yaxınlarına və səhabələrinə.
Şükür Allahaki Ramazan ayına da yetişdik, oruc tutmaq bizə də nəsib oldu. Allah əməllərimizi qəbul etsin, bizə mərhəmət etsin və üzümüzü Cəhənnəm odunda yandırmasın!
Müsəlman qardaşlarım və bacılarım! Bilirsinizki valideynlərimizin bizim üzərimizdə böyük haqqları var. Bu haqqlardan biri də onlara daim etməkdir. Dualarımızda onları heç bir zaman unutmalı deyilik. Bu Ramazan isə gözəl bir fürsətdir. Oruc açarkən, namazlarımızda və dualarımızda həmişə valideynlərimizi xatırlayaq. Biz də sizə valideynlərinizə dua etməkdə dəstək olaraq, bəzi dualarımızı bura yazırıq.


Allahım, ey izzət və cəlal Sahibi, ey ölməz və Qəyyum, Səndən ən gözəl və ən böyük adlarınla diləyirik, hansıki o adlarla çağrılsan rədd etmərsən. Valideynlərimə rəhm et, Öz bərəkətini və ne'mətinin onların üzərindən əsirgəmə!
Allahım, onları daim sağlam saxla, bu həyatda onlar ağrı-acı görməsinlər! Allahım onlara məğfirət nəsib et, sonrakı həyatda günahlarından ziyan görməsinlər! Ey rəhimlilərin ən Rəhimlisi, Öz mərhəmətinlə onlara Cənnət nəsib et!
Allahım, onların bağışlanmamış günahını buraxma, həll olunmamış problemləri qalmasın, əziyyət çəkdikləri bir şey olmasın, dünyadakı bütün ehtiyaclarını Ö rızanla ödə! Allahım, Səndən başqalarına möhtac etmə onları! Allahım, onların bizim üzərimizdə olan ümidlərini boşa çıxarma, həmişə gözləri aydın olsun! Allahım, onların vaxtlarını daim Səni zikr etməklə keçirməkdə onlara dəstək ol!
Allahım, onları Öz təqvanla xöşbəxt et! Allahım, onları daim Öz ehsanında, Öz keşiyində və Öz himayəndə saxla! Allahım onlara doğru əməl, xeyirli rizq və gözəl həyat bəxş et!
Allahım, onlara Cənnət və Cənnətə aparan əməllər nəsib et! Allahım onları Cəhənnəmdən və Cəhənnəmə aparan əməllərdən uzaq et!
Allahım, onları daim Səni zikr edənlərdən, Sənə şükr edənərdən, itaət edənlərdən və yalnız Sənə tövbə edənərdən et! Allahım, onlar yaşlanıb ixtiyar olduqca onlara verdiyin ne'məti daha da artır! Allahım, onların olub-keçmiş bütün günahlarını bağışla, həyatda qaldıqları müddətdə onları günahlardan uzaq et və onlara Sənin rizan olan əməllər etməyə yardımçı ol!
Allahım onların dualarını və onların tövbələrini qəbul et! Allahım onları heç bir zaman alçaltma və ölməmişdən əvvəl gözəl əməllər üzərinə apar onları!
Allahım, onlara yaxşılıq etməkdə və daim onların itaətində olmağa mənə kömək et! Onlar məndən razı qalarlarsa, Sən də məndən razı qalarsan. Allahım, onlar yaşlandıqca onlara daha çox qayğı göstərməkdə mənə yardımçı ol! Allahım onları bizdən razı sal və bu həyatdan bizdən razı qalaraq köçsünlər! Allahım onlara lazımınca və gözəl şəkildə xidmət etməyi mənə nəsib et!
Allahım, onların bizdən razı qalmağını istəyirik Səndən və onların üzünə ağ olmaqdan Sənə sığınırıq!
Allahım, Muhəmmədin (S.A.S) istədiyi kimi Səndən xeyir istəyirik və Muhəmməd (S.A.S) sığındığı kimi şərrdən Sənə sığınırıq!


Tarix: 06.01.2013 / 16:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 444 Bölmə: Ramazan
loading...