Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bayatılar – Rəşid Behbudov

Bağımda üzüm qaldı,
Yemədim üzüm qaldı,
İki əmiqızının, a Leyli
Birində gözüm qaldı, a Leyli

Ayağımda məsi var,
Qızıldan düyməsi var,
Qoymur gedim yanına, a Leyli
Bir zalım nənəsi var, a Leyli.

Əzizim gülüm yansın,
Pis adam gülüm yansın,
Məni yardad edənin, a Leyli
Ağzında dili yansın, a Leyli.

Bu dərədən qaz gedər,
Qaqqıldaşar tez gedər,
Tanrıya rəvadırmı, a Leyli
Dul kişiyə qız gedər, a Leyli.

Əzizim təzə qarı,
Dağların təzə qarı,
Arvadı çox deyingən kişinin,
Saqqalı tez ağarır kişinin.

Əzizinəm bu dağa,
Ey köçübdür bu dağa,
Elə ki, mən dözürəm, a Leyli,
Rəqib dözməz bu dağa, a Leyli


Tarix: 22.01.2015 / 18:47 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Rəşid Behbudov
loading...