Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Get bir daha dönmə geri – Röya Ayxan

Məhəbbətim sönüb artıq,
Ürək səndən dönüb artıq,
Röya yoxdur, ölüb artıq.
Get bir daha dönmə geri.

Ürəyim haray qoparar,
Saçlarımı kədər darar,
Göz danışar, dodaq susar,
Get bir daha dönmə geri.

Yoxluğunu bilə-bilə,
Ağlasam da gilə-gilə,
Həsrət məni üzsə belə,
Get bir daha dönmə geri.

Dedim-güldüm dərdli-dərdli,
Gözlərimdən nur çəkildi,
Yaşayıram sənsiz sənli,
Get bir daha dönmə geri.

Ürəyim haray qoparar,
Saçlarımı kədər darar,
Göz danışar, dodaq susar,
Get bir daha dönmə geri.

Yoxluğunu bilə-bilə,
Ağlasam da gilə-gilə,
Həsrət məni üzsə belə,
Get bir daha dönmə geri.


Tarix: 22.01.2015 / 18:51 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Röya Ayxan
loading...