Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

111. Əbu-Ləhəb (Alov atası) surəsi
111. Əbu-Ləhəb (Alov atası) surəsi

1. Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (Və ya: Əbu Ləhəbin əlləri qurusun, o ölsün!)

2. (Qiyamət günü) ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı (və ya: oğul-uşağı).

3. O, alovlu atəşə girəcəkdir.

4. Onun odun daşıyan (Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən) övrəti də həmçinin!

5. Onun (övrətinin) boğazında xurma lifindən hörülmüş ip (və ya: yetmiş arşın uzunluğunda zəncir) olacaqdır!


Tarix: 10.06.2015 / 16:28 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Qurani Kerim
loading...