Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAH

Allah - Qulluq edilməyə layiq Yeganə İlah!


Allah kəlməsinin törəmələri
Allah, varlığı özündən olan, var olmaq üçün başqasına möhtac olmayan, bütün mükəmməlliklər Ona aid olan, bütün nöqsanlardan uzaq olan, mütləq və uca yaradıcının adıdır.
Allah ismi, özəl isimdən fərqlənir. Çünki özəl isimlər birdən çox insanlara verilə bilər. Allah isimi isə digər əsmadan fərqli olaraq xas isimdir. Nə məcazən, nə də həqiqətən, Allahdan başqası haqqında istifadə edilə bilməz. Mərhəmətli insana rahim, elmli insana alim, qüdrətli insana qadir deyilə bilər. Fəqət sadəcə Allah, Allahdır. Zatən lailahə illallah da bu mənanı ifadə edir.

Əsma-i husnanı meydana gətirən digər isimlərin hamısı dəlalət etdiyi məna ilə Allahı tanıdır. Lakin Allah ismi, bütün digər işim-sifətlərin məzmununu özündə toplayır. Allah ismindən başqa əsma-i husnanın hamısı Allah ismini xarakterizə edir. Bütün əsma Allah ism-i cəlilinin sifətidir: Allahu Rahimun, Allahu Kərimun, Allahu Alimun misallarında olduğu kimi digər bütün isimlər Allah ismi ilə sifət tamamlaması yaradıla bilər. Bu sifət tamamlamalarının hamısında da yeganə tamamlanan (məvsuf) Allahdır. Digər bütün əsma məcburi olaraq tamlayan (sifət) mövqeyindədir.

Allah kəlməsinin kökü haqqında mütəxəssislər təxminən 30-a yaxın fərqli fikirlər irəli sürüblər. Bu fikirləri xülasəsini ümumi olaraq iki maddədə cəmləşdirə bilərik:
1. Allah ismi heç bir kökdən törədilməyib.
2. Allah ismi Ərəb dilinin söz dağarcığına aid bütün isimlər kimi törədilmiş bir isimdir.
İlk baxışdan birinci fikir daha cazibəlidir. Lakin daha duyğusal və kövrəkdir. Çünki Allah ismi insanoğlunun danışdığı dillərdən bir dil olan Ərəb dilinə və ya o dilin bir üzvü olan Sami dil ailəsinə mənsub bir kəlmədir. Dilin bütün sözlərnə aid olan qanunlar bu isimə də aiddir. Başqa sözlə bu ismin də digər bütün isimlər kimi törədildiyi bir kök vardır.
Belə ki, olduqca duyğusal bir yanaşma olan ilk nəzəriyyə kəlamçıların nəzəriyyəsidir. Bir kəlmənin törəmələrinə dair araşdırmalar isə kəlamın deyil, dilçiliyin mövzusudur. Belə ki, dilçilərin çoxu və kəlamçıların da bəzilərinin fikrincə Allah kəlməsi törədilmiş bir kəlmədir.
Allah kəlməsinin törədildiyi fikrində olanlar, bu ismin ilahın müəyyənlik bildirən əl artıklı ilə gəlmiş formulu olduğunu dilə gətirirlər.
Əl-İlah ilə mütləq bir ilah nəzərdə tutulur. Əl-İlah bir müddət sonra Allah kimi tələffüz edilmiş, dillərə belə düşmüşdür. Bu ismin törədildiyi kök hərflər ə-l-h'dir. Ələhə, "mabud hesab etdi, qulluğunu Ona xas qıldı, ibadət etdi" mənasına gəlir. Lakin bu qulluğun əsası sevgi olmalıdır ki, kəlmənin kökünə nisbəti tam ola bilsin. Sevgi bu kəlmə ilə eyni kökdən olan bütün kəlmələrin ortaq anlamıdır. Kəlmənin ilk hərfi olan əlif illət hərfi [1] olduğu üçün bəzən vav, bəzən də ya kimi gəlməsini nəzərə alaraq kəlmənin istifadə formalarını belə təsbit edə bilərik: h-v-l, l-h-v, v-h-l, v-l-h, h-y-l, ə-h-l, ə-l-h.
Xəlil b. Əhmədin (Hicri:100-175) Kitabu'l-Ayn adlı ilk lüğət ensklopediyasını nəzərə alaraq, hamısı da Ərəb dilində olan bu kəlmələrin ortaq mənalarına varmağa çalışaq:

1.H-V-L: əl-həvl İnsanın təhlükə və təhdidin qaynağını, zamanın və necəliyini bilməməsindən qaynaqlanan qorxu və narahatçılıq; məsələn, gecə və qaranlıq qorxusu. Bu gün əcnəbilərin "fobi" adı verdikləri ruh halı budur. Kəlmə bu baxımdan təhavil formulu ilə "süs" mənasına varmışdır. Lakin bu adi bir "süs" deyil, rəsm, heykəl və büt kimi içində ürküdücü bir sirr daşıyan və ya "qılınc" kimi funksiyasına görə muxatabının canına qorxu salan bir süsdür. Burdan da həvvələti'l-mər'ə ifadəsinı varmaq olar. Bunun mənası: cazibədar bir qadının geyindiyi süslü əlbisə və zinyətlərlə ətrafında oyandırdığı sevgi və heyranlıq haləsi. əl-Həvl; həm "qorxmaq", həm də "özünü bəyənmək" mənasına gəlir. Həvvələ: həm "süsləndi, başqalarını özünə heyran etdirdi", həm də "qorxutdu, ürpərti verdi" mənasına gəlir.
2. L-H-V: əl-ləhv: "İnsanı məşğul edən, əyləndirən və özünə ehtirasla bağlayan, zövq və səfa verən şey, oyun və əyləncə". Əl-Luha: "Mükafatın ən sevimli və göz qamaşdıran olanı". Ləhən: "Sevmək, arzu etmək".
3. V-H-L: əl-vəhəl: "bağırmaq, anidən yüksək səslə reaksiya bildirmək". Bu çığırtı fövqəladə, qeyri-adi bir vəziyyəti xəbər verir. Bu, qorxudan bir şey ola bildiyi kimi, eyni zamanda heyran etdirən və təəccübləndirən bir şey də ola bilər.
4. V-L-H: vələh: "Sevdiyini itirdiyi üçün ağlı başından getmək."
5. H-Y-L: əl-halə: "Ayın ətrafındakı işıq halqası" İnsanın qəlbində həm ürpərti, həm də ümid kimi qarışıq hisslər oyandırır.
6. Ə-H-L: əhl:- İnsana insanlar içində ən yaxın və sevimli olan. Əhli-Beyt: ev sakinləri. Əhlən (və səhlən): Başqa sözlə "yadlar arasına deyil, yaxınlıq duyub sevdiyiniz və sizi sevənlər arasına gəldiniz"
7. Ə-L-H: təəlluh: "Sevildiyi üçün qulluq etmək, tapınmaq". Əl-İlah: Sevginin, sevgini itirməkdən ötrü hiss edilən qorxu, əzimətdən ötrü hiss edilən ürpərti və narahatlıq, ucalığından ötrü hiss edilən ehtiramın muxatabı olan və bütün bunlara görə ibadətə layiq olan.

Allah kəlməsinin lüğəti kökünə aid olan bu kəlmələrin ortaq mənası var: Sevgi. Məhz buna görə də varlığın yeganə yaradıcısı yaratdığını sevgi ilə yaratmışdır. Sevgi yaradılışın sirri, var oluşun səbəbidir. O sevdiyi üçün var etmiş, biz isə var olanı sevmişik. O sevincə varlıq var olmuş, biz isə yalnız var olduqdan sonra sevə bilmişik.


Tarix: 05.01.2013 / 15:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1117 Bölmə: Quran Haqqında
loading...