Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sanki tanımırlar
Sanki tanımırlar

Inanmazdım insan
Bu qədər dəyişə bilər.
Vətənimiz azad olandan sonra
Gəldim Azərbaycana.
Tanış oldum alimlərlə,
Öpdülər məni,
Qonaq etdilər sevə-sevə.
Məlumat aldılar,
Övaladlarının Qərbdə
təhsil alması üçün
Kömək aldılar,
Onların hansı universitetə
getməsi üçün.
İllər keçdi
Yenə gəldim Vətənə.
Təəccüb elədim bəzilərinin
Xarakterlərinin dəyişməsinə.
Pul və məqam içində
Özlərini itirməsinə
Sanki tanımırlar adamı əzəldən.


Tarix: 04.06.2015 / 18:12 Müəllif: Aziza Baxılıb: 151 Bölmə: Qulamrza Səbri Təbrizi
loading...