Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

6 şəfalı ədviyyat...

Yeməklərə dad versin deyə istifadə edirik, şiriyyatlarımızın üzərini bəzəyirik, zəifləmək üçün istifadə edirik.

Faydası saymaqla bitməyən bu ədviyyatlar həqiqətən daha nələrə xeyirdir ?


Darçın

Gözəl qoxulu darçın qan şəkəri və xolestrolü tənzimləməyə kömək edir.. Soyuq dəyməyə, bağırsaq problemlərinə, əl və ayaq titrəmələrinə qarşı yaxşı təsir edən darçının eyni zamanda cinsi istəyi artırma təsiri də vardır. Darçını səhər içəcəyiniz süd-yulaf qarışığına və ya günortadan sonra yeyəcəyiniz qatığa əlavə edə bilərsiniz.Bu sizin sağlamlığınıza gözəl təsir edəcək.


Bibəriyə(quşdili)

Bibəriyə də faydası saymaqla bitməyəcək ədviyyatlardandır. Bibəriyənin tərkibində olan komponentlər bədən iltihablarının yaxşılaşmasına kömək edir, bir çox xroniki xəstəliyin riskini azaldar. Ürək sağlamlığı üçün də faydalı olan bibəriyə eyni zamanda baş ağrılarının sakitləşməsinə və beyinin konsentrasiyanın artmasına köməyiçi olar. Bibəriyəni müxtəlix ət yeməklərində və souslarda geniş istifadə edə biləcəyiniz kimi, keks və ya çörəklərə də qata bilərsiniz.

Nanə

Həzmsizliyin, ürək bulanmasının və mədədəki qazın azalmasına köməkçi olur. Eyni zamanda stress və rahatlıq verici bir xüsusiyyəti də vardır. Soyuqdəyməyə və öskürəyə də yaxşı gəlir. Diş ağrısını sakitləşdirər və pis ağız qoxusunu azaldar.


Zərdəçal (Sarıkök)

Bu faydalı ədviyyat, körinün içində olan 10 ədviyyatdan biri və eyni zamanda ona rəngini verəndir. Edilən araşdırmalar zərdəçalın beyin sağlamlığı və yaşlanmağa bağlı elmi sağlamlıq üzərində təsirli olduğunu göstərir. Zerdeçalı yeməklərdə köri ədviyyatı daxilində istifadə edə bilərsiniz; xüsusilə yumurtalı, toyuqlu və ton balıqlı salatlarda tövsiyə edilir.


Zəncəfil
Bir çay qaşığı zəncəfil, bir stəkan ispanaqla eyni antiokdisan səviyyəsinə malikdir. Zəncəfilin faydası saymaqla bitməz. Soyuq dəyməyə qarşı yaxşı təsir edir , bəlğəm sökdürər,ürək bulanmasını aradan qaldırar, immunitet sistemini gücləndirər, revmatizm ağrılarına qarşı yaxşı kömək edir və oynaq ağrılarını azaldır.



Kəklikotu
Bir çay qaşığı kəklikotunun, antioksidan gücü baxımından üç stəkan xırda doğranmış brokoliye bərabərdir. Kəklikotu həzmi asanlaşdırır, böyrək və bağırsaq mikroblarını öldürər, tənəffüs yolu xəstəliklərinə yaxşı qarşı gözəl vasitədir və qan şəkərini salar.

Xanımlar,daha cox hansı ədviyyatlara üstünlük verirsiniz?


Tarix: 07.12.2012 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 894 Bölmə: Qidalar
loading...