Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Avokado iştahı azaldır

Günorta yeməyində "yarım avokado" dadmaq toxluq hissini artırır.
Bu baxımdan avokado artıq çəkisi olanlara daha çox faydalıdır. Lif və vitaminlə zəngin olan bu meyvə günorta yeməyindən 3 saat sonra insanda toxluq hissi yaradır və alınan kalori, karbohidrat miqdarını artır. Həmçinin qanda olan şəkəri yüksəltməyə kömək edir.
Məlumata görə ABŞ-ın Loma Linda Universitetinin elm adamları bu istiqamətdə tədqiqatlar aparıblar. Nəticədə müəyyən edilib ki, bu meyvədən dadanlar 40 faiz az qida qəbul edib. Tədqiqata imza atanlardan Dr. Joan Sabat artıq çəkisi olanlarda toxluq hissinin olması üçün bunun əhəmiyyətli olduğunu bildirib.
Çünki, toxluq hissi olduqda az miqdarda qəlyanaltı etmək olur. Buda artıq çəkiyə kömək edir.
Tədqiqatın nəticələri ''Nutrition Journal'' jurnalında dərc olunub.


Tarix: 21.01.2015 / 17:22 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Qidalanma və Dieta
loading...