Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarpızın faydaları

Yay istisində ən ləzzətli sərinlənmə yollarından biri olan qarpız bir çox xəstəliyə kömək edirmiş. Qarpızın tərkibində su, şəkər, azotlu və mineral maddələr, və bir sıra vitaminlərin olduğu bildirilir.

Məlumata görə insan orqanizmi üçün bir sıra müsbət təsirləri olan qarpız susuzluğu aradan qaldırmağa, həzmə, və qanı durulaşdırmağa kömək edir.
Qan təzyiqinin nizamlanması, arıqlatmaq kimi faydaları olan qarpız yay mövsümünün ən çox qəbul edilən qidalarındandır.

Bəzən qarpızı şəfa qaynağı adlandırırlar çünki qarpızda olan likopen maddəsi qan təzyiqini nizamlayır, ürəyin funksiyasını yaxşılaşdırır, eyni zamanda xərçəngdən də qoruyur. Qarpızın suyunu bal və zəncəfillə qarışdırıb içmək bəlğəmə kömək edir.

Həmçinin qarpız böyrəkləri işlədir və sidik qovucudur. Böyrəkdəki daş və duzları təmizləyir. Qarpizda bol B, C vitamini və antioksidant ehtiyatı var. Tərkində olan yüksək kalium və beta karotin maddəsi sayəsində ürəyi infarkta qarşı qoruyur. Arıqlamaq üçündə qarpız məsləhət görülür o arıqlatmaqla yanaşı həmdə çəkini artmağa qoymur.
Qarpızı ac vaxtı yemək daha faydalıdır çünki yeməkdən sonra qarpız köp əmələ gətirir.


Tarix: 21.01.2015 / 13:20 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Qidalanma və Dieta
loading...