Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bayram günlərində sağlam qidalanın

Bir neçə gündən sonra müsəlmanların ən müqəddəs bayramlarından biri olan Qurban bayramı qeyd ediləcək. Bayramın ilk gününden etibarən qonaqlıqlar, bayram səfərlərini nəzərə alsaq deyə bilərik ki, bu ərəfədə qidalanma şəkli və normaları az da olsa dəyişəcək. Ən böyük dəyişiklik isə qırmızı ət istifadəsindəki dəyişiklikdir. İstirahət günlərində qidalanma rejimindəki kəskin dəyişiklər sağlamlığada təsirsiz ötüşmür.

Bayramı sağlam başa vurmaq üçün bir neçə asan məsləhətə əməl etmək olar. 1-ci addım olaraq qurban almamışdan öncə onun həkim nəzarətindən keçirildiyindən əmin olun. Sağlam heyvan almaq və onu sanitar normalar daxilində kəsmək sizin və ailənizin sağlamlığı üçün çox önəmlidir.

Qaraciyərdə zərərli maddələr çox olduğu üçün onu yeməmək məsləhət görülür. Qurban ətini kəsilən kimi istifadə etmək məsləhət deyil. çünki bu zaman o bir az sərt olur. Kəsdikdən sonra 24 saat ərzində soyuducuda saxlanılsa daha ləzzətli və yumşaq olar. Bundan əlavə asan bişib, rahat həzm edilə bilər.

Ət proteinlə bol olduğu üçün istiyə həssasdır və asanlıqla xarab ola bilər. Buzluqdan çıxarılan əti yaxşı olar ki, elə soyuducunun üst qismində buzunu açın. Çünki açıq havada və ya isidicinin üzərində buzu açılan ət zəhərlənməyə yol aça bilər. Donu açılan əti yenidən dondurmayın.

Ət və başqa ərəvəzləri doğrama taxtası,bıçaqlar ayrı olmalıdır. Əti bişirən zamanda doğru olan yönləri seçmək lazımdır. çünki qızartma və qovurma sağlamlıqla bağlı təhlükə risklərini artırırş Daha sağlam yollar kabab, soyutma və ya mövsümü tərəvəzlərlə birlikdə qazanda bişirməkdir. Kabab edərkən zərərli tüstüsünün ətə keçməməsi üçün kömürlərin tam yanmasını gözləmək lazımdır. Bundan sonra da ətlər közdən azı 15 sm aralı olmalıdır.

Tərkibində ət və ya qiymə olan yeməklərə əlavə yağ əlavə etməyə ehtiyac yoxdur. Çünki ətlərin tərkibində olan və gözə görünməyən yağlar əriyərək yeməyə dad qatır.

Quyruq və ya iç yağı ürək damar sağlamlığını təhdid edən, kanserojen riski artıran yağlardandır.
Əti yüksək temperaturda bişirərkən onun ancaq xarici qızarırı, daxili isə çiy qala bilər. Daha yaxşı olar ki, onu uzun müddət və aşağı temperaturda bişirəsiniz.

Qurban bayramında qida rasionun ancaq ətdən ibarət olması məqsədəuyğun deyil. Gündəlik ət qəbulu 60-120 qramı keçməməlidir. Bayramda çəkini artırmaq riskidə artır. Buna səbəb isə rejimsiz qəbul edilən qida, qonaqlıqlardır. Sonradan artıq kilolarla mübarizə aparmamaq üçün isə sizə bir neçə məsləhət təqdim edirik:

Bayramda səhəri gündə 2 stəkan su ilə açın. gün ərzində isə onun sayını 8-15-ə çıxarın. Zəngin bayram süfrəsində yavaş-yavaş və bol çeşidli qidalanın. Gündə 4 saatdan bir,ancaq az yemək yeməyə çalışın.

Çay, qəhvədən istifadədə həddi aşmayın. Daha yaxşı olar ki, onları bitki çayları ilə əvəz edəsiniz.
Şirniyyatdan mümkün qədər uzaq durmağa çalışın. Un məmulatları yerinə isə südlü, meyvəli şirniyyatları seçin. Bayram günlərində bol-bol hərəkət etməyə çalışın.


Tarix: 21.01.2015 / 12:44 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Qidalanma və Dieta
loading...