Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Həvəsində"

Divanə könül olmadı dünya həvəsində,
Məcnun kimi çox gəzmədi səhra həvəsində.

Bir yar fərağında yanıb odlara dözdü,
Baş girləmədi hər güli-rəna həvəsində.

Misra toxudu təbi-rəvan ilə dəmadəm
Avarə edib hər sözü məna həvəsində.

Bir damlanı seyr eylədi ümman nəzəriylə
Şükranə qalıb olmadı dərya həvəsində.

Həsrət meyi nuş eylədi hicran qədəhindən,
Leş düşmədi meyxanəyə səhba həvəsində.

Zövq aldı gözəl gördüyü hər nəsnədən, amma,
Çox qoymadı öz nəfsini xülya həvəsində.

Arif kimi ömr eyləmə, qafil, götür ibrət,
Sərf etmə günü hər büti-ziba həvəsində.


Tarix: 31.03.2013 / 17:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 159 Bölmə: Qezeller
loading...