Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Getdim"

Saqi insaf elə ver badəni batdım getdim,
Tərpədə ta məni cingiltisi, yatdım getdim.

Məni aludə edibdir bu xəta girdabı,
Saf gəlib aləmə, səd heyf ki, batdım getdim.

Demə meyxanəyə getmə, gedəcək imanın,
Mən gedəndə oraya imanımı atdım getdim.

Qaşların vəsfinə, ey xosrovi-xuban, sözdən
Taqi-Kəsra kimi bir möcüzə çatdım getdim.

Gəlməz idim bu fəna mülkünə, gəldim zahid,
Kimisə bəlkə cəhalətdən oyatdım getdim.

Keçmişəm çox belə aləmləri, bir gün bunu da,
Bir də gördüz ki, dəyər-dəyməzə satdım getdim.

Mahir ölsəm də qəmim yox, dolanıb boş-boşuna,
Sürmədim ömrü hədər, nəysə yaratdım getdim.


Tarix: 31.03.2013 / 17:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 225 Bölmə: Qezeller
loading...