Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Sən olan yerdə"

Ruhum ki, olur hər dəm peyda sən olan yerdə,
Cismim niyə qalsın ki, tənha sən olan yerdə.

Ey gül, güli-rəna da olmaz bu gözəllikdə,
Dönməzmi gülüstanə səhra sən olan yerdə.

Məşhur ola bilməzdi bir əsrdə olsaydıq,
Məcnun mən olan yerdə, Leyla sən olan yerdə.

Tanrım sənə, ey afət, vermiş elə bir surət,
Axtarmağa yox hacət məna sən olan yerdə.

Əşrəf hesab eylər ki, kuyindən ibarətdir,
Başlar həmi qurtarar dünya sən olan yerdə.


Tarix: 31.03.2013 / 17:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 161 Bölmə: Qezeller
loading...