Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Kim var ki, deyəm gör,nə qədər dərdi-sərim var?"

Kim var ki, deyəm gör,nə qədər dərdi-sərim var?
Dərd bilmədi, dərd artıran o bixəbərim var.

Sandım ki, yarım yandıracaq od nəfəsiylə,
Gördüm ki, məni donduracaq bir nəfərim var.

Bir vaxt o gözəl bəxtəvər idi mənim ilə,
Mən bəxtəvər idim ki, belə bəxtəvərim var.

Hər kəs yarını sevdi fəqət, öz qədərincə,
Tək məndə qədərsiz sayılan öz qədərim var.

Dilbər məni tərk etdi, göyərçin kimi uçdu,
Tərk etməyən indi məni, bircə kədərim var.

Bu dünya vəfasızdı, vəfasızlara uyma,
Durma, Ələmi, gəl daha sonsuz səfərim var.


Tarix: 31.03.2013 / 17:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 80 Bölmə: Qezeller
loading...