Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Arizin göstər gülə gülşəndə həmralənməsin"

Arizin göstər gülə gülşəndə həmralənməsin
Qəddi-rəna qarşısında sərv balalənməsin.

Zülfi-mişkini-müsəlsəldə xəcil qıl sünbülü,
Çeşmi-məstin nərkisə göstər ki, şəhlalənməsin.

Mahi-nov kimdir günəş ruxsarın ilə bəhs edə?!
Bir kəsinti dırnağınla hiç qürralənməsin.

Çün könül məhbusdur zülfündə, gəl bir rəhm qıl,
Vurma əl zəncirə, zindan əhli qovğalənməsin.

Gər sənin eşqində Azər olsa rüsva, eybi yox,
Kuhkən Şirindən ötrü necə rüsvalənməsin?


Tarix: 30.03.2013 / 14:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 88 Bölmə: Qezeller
loading...