Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban"

Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,
Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.

Əcəb xali, əcəb hindu, əcəb dəndan, əcəb lölə,
Əcəb gagil, əcəb əbru, əcəb qövsü, əcəb müjgan.

Əcəb ləlü əcəb kövhər, əcəb saqi, əcəb kövsər,
Əcəb hüsnü, əcəb zivər, əcəb hürü, əcəb qilman.

Əcəb şuxü, əcəb surət, əcəb zibü, əcəb zinət,
Əcəb mahu, əcəb tələt, əcəb Jusif, əcəb Kənan.

Əcəb lalə, əcəb gülşən, əcəb dilcu, əcəb əhsən,
Əcəb nərgis, əcəb süsən, əcəb qönçə, əcəb xəndan.

Əcəb zülfü, əcəb sünbül, əcəb xalü, əcəb filfil,
Əcəb tuti, əcəb bülbül, əcəb əhmər, əcəb xoşxan.

Əcəb eşqü, əcəb sevda, əcəb Fazil, əcəb Şeyda,
Əcəb şuriş, əcəb qovğa, əcəb Məcnun, əcəb giryan.

Fazil Xan Şeyda


Tarix: 30.03.2013 / 14:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 111 Bölmə: Qezeller
loading...