Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Əfsus, heyf məndən o cananım ayrılır"

Əfsus, heyf məndən o cananım ayrılır,
Can mülkünü xərabə qoyub canım, ayrılır.

Müştaqi-ğəm görüb də məni gühkən kimi,
Şirindilü şəkərləbü xəndanım ayrılır.

Baği-məhəbbət içrə mənə qüssə tapşırıb,
Bir ala gözlü sərvi-xuramanım ayrılır.

Geysuyi-yarə, söylə səba, şanə dəyməsin,
Tel-tel düşəndə gül üzə, yüz canım ayrılır.

Qan ağlasın həmişə gərək qan olan könül,
Baki bəla əsiridi, soltanım, ayrılır.
Məşədi Əyyub Baki


Tarix: 30.03.2013 / 14:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 106 Bölmə: Qezeller
loading...