Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Bizik " qəzəli

Eşq içrə, ey könül, hələ də xar olan bizik,
Yarın qəmində nalə çəkən, zar olan bizik.

Bir ləhzə naümüd deyilik, bəzmi-vəslinə,
Bir ömrdür ki, həsrəti-didar olan bizik.

Eşqin sarayı rövşən ikən mehri-yar ilə,
Bilməm nədir səbəb ki, günü tar olan bizik.

Girdabi-qəmdə gərçi bəla ilə həmdəmik,
Amma yenə də bikəsü biyar olan bizik.

Xalın xəyalı aləmi sərgəştə eyləmiş,
Tənha qəmində sanma ki, pərgar olan bizik.

Canan rəva görüb bizə cövrü cəfalərin,
Azadəyik əgərçi giriftar olan bizik.

Kəbə yolundan eşq yolun fərq qılmadıq,
Yasin, bu yolda il boyu zəvvar olan bizik.


Tarix: 30.03.2013 / 14:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 155 Bölmə: Qezeller
loading...