Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Bizi " qəzəli

Günahımız nədi ki, ağladır zəmanə bizi,
Bu qədri qüssə, kədər, dərd alıb nişanə bizi.

Çoxaldı qayğılar eşqində günbəgün o gülün,
Gətirdi həsrəti bir dilbərin cəzanə bizi.

Sınaydı çərxi fələk zalımın bu yollarda,
Atıb tutur gözü çıxmış o yan bu yanə bizi.

Nə iş görüb, kimə pislik, yamanlıq etdik ki,
Qəm izləyir hara getsək daban dabanə bizi.

Biz indi gül kimi cənnətdə feyziyab idik,
Gətirməsəydi əgər cəddimiz cəhanə bizi.

Qulaqlar ardına vurduq sözün düzün çox vaxt,
Çətin xilas eliyə indi yüz bəhanə bizi.

Ümid də vermədi, Yasin, atıb fəraq oduna,
Bu nazlı dilbərimiz qoydu yanə yanə bizi.


Tarix: 27.03.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 173 Bölmə: Qezeller
loading...