Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Yarəb, nə olar saxla bizim yarı bəladən " qəzəli

Yarəb, nə olar saxla bizim yarı bəladən,
Eşqində olan cümlə giriftarı bəladən.

Eşq əhlinə çox zülm eləyib, bir dəm, İlahi,
Qoyma düşə gen nanəcib əğyarı bəladən.

Cövr etsə də öz aşiqinə razıyam ondan,
Hifz eylə, İlahi, o cəfakarı bəladən.

Kəbə yolu səhradı, biyabandı deyirlər,
Qurbanın olum, saxla bu zəvvarı bəladən.

Əqrəbdə tutubdur yenə də mah qərarı,
Hifz eylə, Xuda, ol məhi-rüxsarı bəladən.

Dünyada bütün xubların şahıdı yarım,
Yarəb, nə olar, saxla bu sərdarı bəladən.

Çəkmiş başı bu Yasinin eşq içrə bəlalər,
Bəhs eylər onunçün yenə əşarı bəladən.


Tarix: 27.03.2013 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 150 Bölmə: Qezeller
loading...