Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Bu xəstə canda qalıb iztirab çəkir dərdin " qəzəli

Bu xəstə canda qalıb iztirab çəkir dərdin,
Sığışmayır, sıxılır dərd, əzab çəkir dərdin.

Günüm də qarə üzüm tək yanında, zülm əzmiş,
Gözüm suyundan alıb ağ şərab çəkir dərdin.

Baxışlarımda çəkibdir böyük sual rəsmin,
Dilimdən indi əzabla cəvab çəkir dərdin.

Qırış-qırışdı qəmindən qarış-qarış qəddim,
Təmiz, saf eşqimə qəmdən niqab çəkir dərdin.

Dəribdir ömrümün axşam-səhər gülün-çiçəyin,
Özüyçün indi həvəslə gülab çəkir dərdin.

Günahların çoxalıb bəlkə, Yasin, hirsindən,
Durub gəlib oturub haqq-hesab çəkir dərdin?.


Tarix: 26.03.2013 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 140 Bölmə: Qezeller
loading...