Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Yuxumu " qəzəli

Qaçırmasın bu gecə bərk əsib külək yuxumu,
Oyatmasın döyünüb sübhədək ürək yuxumu.

Günəş yuxumla olub məst oyanmasın, yatsın,
Göy, ulduz, Ay qoxusunlar ləçək-ləçək yuxumu.

Quş arzumun qanadından qoparmasın bir-bir,
Sətir-sətir ilişib ağ buxaq lələk yuxumu.

Mən əyri çərxinə vallah dolaşmıram, getsin
Yoluyla Göydə, qarışdırmasın fələk yuxumu.

Əsirsə pəncərəmin qarşısında gər əssin,
Toxunmasın mənə, titrətməsin ipək yuxumu.

Gedib danış suya, Yasin, nə görmüsən, sonra
Su ilə üç yerə qardaş sayaq bölək yuxumu.


Tarix: 26.03.2013 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 167 Bölmə: Qezeller
loading...