Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Ətrafında " qəzəli

Vururuq dövrə mükəmməl Sözün ətrafında,
Dolaşır fikrimiz ancaq düzün ətrafında.

Eşq odu canda salıb köz nə qədər dərdim var,
Əl tutub yallı gedir bu közün ətrafında.

Göy üfüqlərdə Yeri dövrələyib söz var ki,
Gecənin nəfsi gəzir gündüzün ətrafında.

Fələyin qəsdini də anlamaq olmur hərdən,
Dağıdıb zülfü gözəl bir üzün ətrafında.

Hələ ki tutmayıb ətrafını dünya dərdi,
Səbrdən, Yasin, hasar çək özün ətrafında.


Tarix: 26.03.2013 / 19:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 155 Bölmə: Qezeller
loading...