Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səltənət xanım Vəliyeva

Həyatı
Səltənət xanım Həsənova-Vəliyeva 4 fevral 1893-cü ildə anadan olmuşdur. O, 1901-1905 illərdə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın müdiri olduğu Tağıyev Qızlar Gimnaziyasında oxumuş, rus dilində təhsil almışdır. Tağıyev Qızlar Gimnaziyasının ilk məzunlarından biridir.

Səltənət xanım Həsənova-Vəliyeva uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Səltənət xanım Həsənova-Vəliyeva Bakı milyonçusu Mir Əbdüləhəd Seyid Qəhrəman oğlu Seyidhəsənzadə ilə 1917-ci ildə ailə həyatı qurmuşdur.

Səltənət xanım Həsənova-Vəliyeva 1976-cı ildə, 83 yaşında Bakıda vəfat etmişdir.

Orxan Zakiroğlu (Baharlı) Səltənət xanım Vəliyeva-Həsənovanın anadan olmasının 120 illiyi münasibəti ilə "Tağıyev Qızlar Gimnaziyasının ilk məzunu" ("Təzadlar" qəzeti, 7 noyabr 2013-cü il, № 113 (1850)) adlı məqalə çap etdirmişdir.


Tarix: 03.02.2015 / 18:28 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Qaraqoyunlular
loading...