Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ müharibəsi Nəticə

Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşmüşdür.

1988-1993-cü illərdə işğal edilmiş Azərbaycannın 12246.6 km² ərazisi işğal edilmişdir:
26 noyabr 1991-ci il tarixinədək olan inzibati ərazi bölgüsünə əsasən:
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının İliç rayonunun Kərki kəndi (19 km²) – 18-19 yanvar 1990-cı ildə işğal olunmuşdur.
Qazax rayonuna daxil olan 7 kənd işğal olunmuşdur: işğal tarixi – 24 mart 1990-cı il-14 iyun 1992-ci il, işğal olunan ərazi 77 km².
Dağlıq Qarabağ MV: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4388 km². (Şuşa rayonu-289 km², Xankəndi şəhəri-8 km², Əsgəran rayonu-928 km², Xocavənd rayonu-779 km², Ağdərə rayonu-1705 km², Hadrut rayonu-679 km²); ərazisinin 4088 km²-i erməni işğalı altında, 300 km²-i (Ağdərə rayonunun 108.5 km²-i, Xocavənd rayonunun 191.5 km²-i) isə Azərbaycan Respublikasının nəzarəti altındadır.
Laçın rayonu: işğal tarixi – 18 may 1992-ci il, ərazisi – 1835 km²; ərazisi tamamən işğal olunmuşdur.
Kəlbəcər rayonu: işğal tarixi – 2 aprel 1993-cü il, ərazisi – 1936 km²; ərazisi tamamən işğal olunmuşdur.
Ağdam rayonu: işğal tarixi – 23 iyul 1993-cü il, ərazisi – 1094 km²; ərazisinin 846.8 km²-i erməni işğalı altında, 247.2 km²-i isə Azərbaycan Respublikasının nəzarəti altındadır.
Cəbrayıl rayonu: işğal tarixi – 23 avqust 1993-cü il, ərazisi – 1049,8 km²; Cocuq Mərcanlı kəndi istisna olmaqla bütün yaşayış məntəqələri işğal olunmuşdur.
Füzuli rayonu: işğal tarixi – 23 avqust 1993-cü il, ərazisi – 1386 km²; ərazisinin təxminən 886 km²-i erməni işğalı altında, 500 km²-i isə Azərbaycan Respublikasının nəzarəti altındadır.
Qubadlı rayonu: işğal tarixi – 31 avqust 1993-cü il, ərazisi – 802 km²; ərazisi tamamən işğal olunmuşdur.
Zəngilan rayonu: işğal tarixi – 30 oktyabr 1993-cü il, ərazisi – 707 km²; ərazisi tamamən işğal olunmuşdur.
Bu hərbi təcavüz nəticəsində Azərbaycan ərazilərinin 14.14%-i işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşamaqdadır.


Tarix: 08.01.2015 / 14:06 Müəllif: Feriska Baxılıb: 30 Bölmə: Qarabağ müharibəsi
loading...