Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəylərbəylik dövründə hadisələr

Arazbar savaşı -1587-ci ildə Arazbarda оsmanlılarla qızılbaşlar arasında savaş оlmuşdu.

Qozluçay döyüşü-Qarabağın Dizaq qəzasının Qozluçay vadisində osmanlılarla qızılbaşlar arasında baş vermişdir.1604-cü ildə Gəncə bəylərbəyi Davud paşa yeddi min nəfərlik qоşunu ilə I Şah Abbas tərəfindən Qarabağa göndərilən Hüseyn xan Ziyadоğlu-Qacarı Qоzluçay ətrafında məğlub edərək оnu geri çəkilməyə məcbur etmişdir.

Gəncə döyüşü (1606)-1605-ci ilin 7 noyabrında Sufiyan kəndi yaxınlığında (Sufiyan döyüşü) I Şah Abbasın apardığı ən iri döyüşlərdən biri baş verir. Onun hərbi istedadı da burada özünü parlaq bir şəkildə büruzə verir. Bütün əməliyyatlara şəxsən rəhbərlik edən şah əsas və ehtiyat qüvvələri elə bölüşdürür ki, rəqibin üstün saylı ordusunun öhdəsindən gələ bilsin. Bundan başqa o, gözlənilməz hərbi fəndlər işlədir. Bütün bunların sayəsində həddən artıq qənimət, o cümlədən 100-ə qədər ağır top ələ keçirilir.

Həmin qələbədən dərhal sonra Qarabağa yeriyən I Şah Abbas Gəncə qalasını mühasirəyə alır. Qalanın mühasirəsi 1606-cı ilin yayına qədər, düz dörd ay davam edir. Hüseyn xan Mühasib Qacarın yerinə Məhəmməd xan Ziyadoğlu-Qacar Qarabağ hakimi təyin olunur. Bundan sonra I Şah Abbas qoşunlarını Lori, Dmanisi və Tiflisə yeridərək, Şirvana doğru hərəkət edir.


Tarix: 08.01.2015 / 13:57 Müəllif: Feriska Baxılıb: 15 Bölmə: Qarabağ bəylərbəyliyi
loading...