Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xınıslı yaşayış yeri - İkinci dövr

E.ə. II – eramızın II əsrlərini əhatə edən ikinci dövrdə antik dövr Şamaxısının səciyyəvi şəhər əlamətləri nəzərə çarpır. Bu təbəqədə daş və çiy kərpicdən inşa edilmiş tikililərin, iri binaların, ola bilsin ki, məbədlərin divar qalıqları, əhəngdaşından yonulmuş sütunların bünövrələri aşkar olunmuşdur. Qırmızı və qara gildən düzəldilmiş çoxlu müxtəlif məmulat, zoomorf qablar, gil insan heykəlcikləri, oyma üsulu ilə maral şəkli həkk olunmuş möhür tapılmışdır. Bir sıra daş alətlər, kobud şəkildə yonulmuş daş heykəllər də bu dövrə aiddir. Dəfn abidələri içərisinə müxtəlif əşyalar qoyulmuş küp və torpaq qəbirlərlə təmsil olunmuşdur ki, bu da həmin məskənin sakinlərinin ideologiyasında dəyişikliklər baş verdiyini göstərir.


Tarix: 02.02.2015 / 14:46 Müəllif: Feriska Baxılıb: 54 Bölmə: Qafqaz Albaniyası
loading...