Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

II Varaz Trdat

II Varaz Trdat — Qafqaz Albaniyasının Mehranilər sülaləsindən olan son çarı. Kirill Tumanova görə o Albaniyada hökmdarlıq etmişdir, I Stepanosun oğludur və 812ci ildən sonra vəfat etmişdir. Musa Kalankatlı isə onun öldürüldüyünü deyir və hadisəni belə nəql edir:

Həmin ildə Filippin oğlu Nerseh alban knyazı Stepannosun oğlu Varaz-Trdatı öldürdü, onun oğlunu isə anasının qucağında xəncərlə vurub bütün şeylərini qarət etdi. Həmin Varaz-Trdat Albaniyada nəsildən-nəsilə hökmdarlıq edən Mehranilər sülaləsindən idi. O, Albaniyanın birinci knyazı Varaz-Qriqordan sonra səkkizinci hökmran idi.

Daha sonra II Varaz Trdatın həyat yoldaşı sağ qalan qızı Sparamı Səhl ibn Sunbatın oğlu Atrnerseh ilə evləndirdi. Beləliklə Girdiman knyazlığı Xaçın knyazlığına birləşdirildi.


Tarix: 02.02.2015 / 13:49 Müəllif: Feriska Baxılıb: 57 Bölmə: Qafqaz Albaniyası
loading...