Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

II Həsən

II Həsən (doğum tarixi bilinmir – 1287) – Xaçın knyazı.

Hakimiyyəti Yuxarı Xaçın (Zar) ərazisini əhatə etmişdir. I Qriqor Dopun oğludur. Ağin hakimləri Vaçutyanlar nəslindən Mamkan xatunla evli olmuşdur. II Həsən haqqında olan əsas tarixi mənbələr kilsə kitabələridir. Mənbələrdə qeyd edilir ki, onun hakimiyyətinə tabe olan ərazilər Göyçə gölünün şərq sahillərinə qədər uzanırdı. Xronologiyalardan birinə görə II Həsən Həsən Cəlalın oğlu I İvane Atabəylə bir yerdə 1287-ci ildə vəfat etmişdir.

Xaçatur Keçareçinin “Nalə” əsərində də II Həsən xatırlanır. Ölümündən sonra taxta oğlu II Qriqor keçmişdir. Digər oğlu Atanas isə 1260—1270 Xudavəng monastırına rəhbərlik etmişdir.


Tarix: 30.01.2015 / 18:55 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Qafqaz Albaniyası
loading...